+994552063223 Tez-tez verilən suallar
  • Necə işləyir?
  • Haqqımızda
  • Tariflər
  • Xidmətlər
  • Mağazalar
  • Əlaqə
  • Bloglar
  • Tez-tez verilən suallar
  • İstifadəçi razılaşması
  • Qadağan olunmuş məhsullar
  • Təhlükəsizlik qaydaları

İstifadəçi razılaşması

1.İstifadəçi Razılaşmasının predmeti.

1.1. “TEZZEX MMC” Şirkəti (bundan sonra – “İcraçı”) İcraçının Dünyanın müxtəlif ölkələrində yerləşən anbarlarından hazırkı İstifadəçi Razılaşmasının (bundan sonra – “Razılaşma”) şərtlərinə uyğun olaraq  www.tezzex.com saytında  qeydiyyatdan keçən yetkinlik yaşına çatmış fiziki  və hüquqi  şəxs (bundan sonra - “Müştəri”) üçün malların (bundan sonra mal və ya bağlama) çatdırılması üzrə xidmətləri (bundan sonra - “Xidmətlər”) həyata keçirir. 

1.2. “www.tezzex.com” üzərindən qeydiyyat ödənişsizdir və sərbəstdir. Qeydiyyat  www.tezzex.com saytında həyata keçirilir. Səhifə üzərində qeydiyyatdan keçməklə Müştəri hazırkı Razılaşmanın və onun bütün əlavələrinin qəbul edilməsini bildirir. 

1.3. Müştəri Razılaşmanın hər hansı bir bəndi ilə razılaşmazsa, o zaman İcraçının Xidmətlərindən istifadə etmək hüququna malik olmur. 

1.4. Hazırda istifadə olunan Razılaşmaya ediləcək hər hansi bir dəyişiklik hüququnu İcraçı öz öhdəliyində saxlayır, bununla əlaqədar olaraq Müştəri mütəmadi olaraq Razılaşmanın www.tezzex.com saytında dəyişikliklərin yerləşdirilməsi öhdəliyini götürür. 

1.5. Göstərilən xidmət müqabilində İcraçı Müştəridən “Malın çatdırılması və xidmətlərin ödənilməsi” adlı 7-ci maddədə göstərilən haqqı alır. 

 

2. Xidmətlərin təsviri. 

2.1. İcraçı Müştəriyə məxsus olan sifarişin sonradan qablaşdırılması/qablaşmanın açılması və İcraçının anbarına (və ya onun səlahiyyətli nümayəndəsinin – bundan sonra İcraçının anbarı) göndərilməsi üçün Müştəri tərəfindən ödəniş aparılmış malların alınması üçün şirkətin dünyanın müxtəlif ölkələrində yerləşən, anbarların ünvanının təqdim edilməsi üzrə xidmətlər göstərir. Təqdim edilən Razılaşmanın məqsədləri üçün: Mal – Müştərinin internet resurları uzərindən əldə etdiyidir, Bağlama - Azərbaycana göndərilməsi üçün bağlanmış olan maldır. 

2.2. İcraçı Müştəri tərəfindən müstəqil olaraq internet-mağazada ödənişi aparılmış malları öz anbarına qəbul etmək öhdəliyini götürür, bu şərtlə ki, İcraçıdan alınan ünvan və malı alana aid məlumatlar dəqiq göstərilmiş olsun. 

2.3. Müştərinin İcraçının anbarında və ya Azərbaycanda kuryer xidmətinin bölməsində Bağlamanı alması anından etibarən İcraçı tərəfindən xidmətlər tam həcmdə göstərilmiş hesab edilir. 

2.4. Xidmətlərin göstərilməsi üçün İcraçı Müştərinin razılığı olmadan poçt və kuryer xidməti kimi üçüncü şəxsləri cəlb etmək hüququna malikdir.   

 

3. Sifarişin rəsmiləşdirilməsi. 

3.1.Müştəri əvvəlcədən malın keyfiyyətini, parametrlərini və xüsusiyyətlərini müstəqil şəkildə qiymətləndirərək sifarişi tamamlayır.  

3.2. Müştəri göstərilən malların qiymətini malın satıcısına ödəmək öhdəliyini götürür. 

3.3. Müştəri internet üzərindən alış zamanı çatdırılma ünvanı (TEZZEX MMC-nin müvafiq ölkədə anbar ünvanı) və personal məlumatları tam və düzgün göstərməlidir.  Müştəri tərəfindən internet üzərindən alış zamanı çatdırılma ünvanı və ya personal məlumatlar səhv və yaxud yalnış doldurularsa və nəticə etibarı ilə bu yüklərin çatdırılmasında problem yaradarsa və yaxud çatdırmanı ümumiyyətlə mümkünsüz etdiyi halda  TEZZEX MMC heç bir məsuliyyət daşımır. 

3.4. İcraçı anbarına qəbul etdiyi malların keyfiyyət və dəstliyinə görə məsuliyyət daşımır, eləcə də Müştərinin internet-mağaza vasitəsi ilə əldə etdiyi mallara zəmanəti təmin etmir. 

3.5. İcraçı öhdəlik götürür ki, satıcının poçt xidmətinin çatdırdığı məhsulu öz anbarına qəbul edəcək ( anbarda saxlanılması qadağan olan məhsullar istisna ) , çəkəcək və qablaşdıracaq, sonra isə İcraçının Azərbaycandakı anbarına nəql edəcəkdir.  Mal yalnız  alanın imzasının mövcud olduğu halda anbar tərəfindən qəbul edilmiş hesab olunur.  Bağlamanın “Anbara çatdırılıb” statusu təvhil alanın imzası mövcud olmadan düzgün kimi nəzərdən keçirilə bilməz. 

3.6. İcraçı malı aldıqdan sonra 3 iş günü ərzində Müştərini malın İcraçının anbarına qəbul edilməsi haqqında müvafiq bildirişin Müştərinin  www.tezzex.com  saytında qeydiyyat zamanı göstərdiyi elektron ünvana göndərilməsi yolu ilə bildirişlə məlumatlandırılmasına, eləcə də onu Müştərinin şəxsi səhifəsində əks etdirilməsinə borcludur. Bəyan edilməmiş bağlamanın İcraçının  anbarında saxlanma müddəti 30 təqvim günü təşkil edir. 

3.7. Müştəri əldə etdiyi malın poçt xidmətinin çatdırılma şərtlərinə və qüvvədə olan Azərbaycan və sifariş etdiyi müvafiq ölkənin qanunlarına, o cümlədən Azərbaycanın Gömrük məcəlləsinə müvafiq olmasına görə məsuliyyət daşıyır ki, buraya malın Müştəriyə göndərilməsi üçün zəruri olan malın qabaritləri və poçt tarasının çəkisi daxildir, lakin bağlamanın qabaritləri, çəkisi və içindəkilərlə məhdudlaşmır. 

3.8. İcraçı o halda Müştəriyə Xidmətlərin göstərilməsindən imtina etmək hüququna malikdir ki, mal poçt xidmətinin çatdırılma şərtlərinə və qüvvədə olan Azərbaycan və sifariş etdiyi müvafiq ölkənin qanunlarına, o cümlədən Azərbaycanın Gömrük məcəlləsinə müvafiq olmasın, buraya malın Müştəriyə göndərilməsi üçün zəruri olan malın qabaritləri və poçt tarasının çəkisi daxildir, lakin bağlamanın qabaritləri, çəkisi və içindəkilərlə məhdudlaşmır. 

3.9. Malın nəql edilməsi avia-daşıma yolu ilə həyata keçirilir. Nəqletmənin orta müddəti  anbardan göndərilməsi anından etibarən  5-10 iş günü təşkil edir. 

3.10. Nəqletmənin qiyməti  haqqında  məlumat  malın  Azərbaycan  ərazisinə  gəlib çatması  ilə Müştərinin şəxsi  səhifəsində  əks  olunur. 

3.11. Malın İcraçının Azərbaycandakı anbarına çatdırılmasından sonra İcraçı Müştərini  müvafiq  bildirişin Müştərinin  www.tezzex.com saytında  qeydiyyat  zamanı  göstərdiyi  elektron ünvana göndərilməsilə malı almağın mümkünlüyü  haqqında  xəbərdar edir. Müştərinin malının anbarda saxlanması müddəti 30 təqvim günü təşkil edir. Saxlanmanın başlanğıcı malın İcraçının Azərbaycandakı anbarına daxil olduğu gün hesab edilir.  Müştəri  tərəfindən  həmin malın  alınmaması halında Azərbaycandakı anbara malın daxil 

olmasından 30 gün keçdikdən sonra İcraçı Müştəriyə əlavə bildiriş göndərmədən malı utilləşdirmək hüququna malikdir. 

3.12. Bağlamanın üçüncü şəxsə verilməsinə yalnız o hallarda yol verilir ki, o,aşağıda sadalanan sənədlərdən birini təqdim edə bilsin: www.tezzex.com saytında  müvafiq  bölmədən  etibar  etdiyi  şəxslərin məlumatlarını  əvvəlcədən elavə  etmiş  olsun, qeydiyyatdan keçmiş bağlama alanın şəxsiyyətini təsdiq edən sənədin (pasport,sürücülük vəsiqəsi və ya qüvvədə olan Azərbaycan qanunvericiliyinə müvafiq olaraq digər sənədin) əslini, Müştəridən alınan – üçüncü şəxsin adına notarial qaydada verilmiş etibarnamə (üçüncü şəxsin şəxsiyyətini təsdiq edən sənədlə birlikdə). 

3.13. Müştərinin bağlamanı lazımı vəziyyətdə alması, eləcə də İcraçıya iradlarının olmaması faktı Bağlamanın qaiməsindəki və ya elektron lövhədəki imza ilə təsdiq edilir. 

 

4. Müştərinin vəzifələri.

4.1. Müştəri müstəqil şəkildə hazırkı Razılaşmanın mətni ilə tanış olmaq, Razılaşma və onun əlavələrdə dəyişikliklərin mövcud olmasını yoxlamaq öhdəliyini götürür. 

4.2. Müştərini İcraçını tələb edilən xidmətin yerinə yetirilməsi üçün zəruri olan bütün məlumatlarla vaxtında təmin edilməsi öhdəliyini götürür. Zəruri olan məlumatların çatışmaması halında İcraçı Müştəriyə Xidmətləri təqdim etməmək hüququnu özündə saxlayır. 

4.3. Müştəri İcraçı tərəfindən ona göstərilən xidmətlərlə əlaqədar olan hesabları vaxtında ödəmək və xərcləri qarşılamaq öhdəliyini götürür. İcraçı Xidmətlərin göstərilməsi üçün ona təqdim edilən vəsaitlərin kifayətli olmaması halında Müştəriyə xidmət göstərmir. 

4.4. Müştəri əvvəlcədən şəxsi səhifəsində bəyan etməklə məhsulun İcraçının müxtəlif ölkələrdə yerləşən anbarlarına daxil olmasını müstəqil şəkildə www.tezzex.com  şəxsi hesabında izləmək öhdəliyini götürür. 

4.5. Müştəri təsdiq edir və zəmanət verir ki, Müştəriyə üçüncü şəxslərin, malın satıcısı və poçt xidmətləri də daxil olmaqla, lakin bununla da məhdudlaşmayaraq  hərəkətləri nəticəsində dəymiş zərərlə əlaqədar olaraq hər hansı bir öhdəliklər və xərclər səbəbindən yaranmış mübahisələr üzrə İcraçını cavabdeh və ya həmcavabdeh kimi cəlb etməyəcəkdir. 

4.6. Bağlamanın alınması anında bağlamanın qaiməsində imza etmək və ya elektron lövhədə imzasını atmaq. 

4.7. Sorğu əsasında müştərinin şəxsiyyətini təsdiq edən sənədləri, eləcə də bu və ya digər malı internetmağaza vasitəsi ilə əldə etməyi təsdiq edən sənədləri təqdim etmək. 

4.8. Müştəri öz adı, soyadı, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, FİN  kodunu,  yaşayış ünvanı, telefon, elektron poçt ünvanını və digər tələb edilən məlumatları www.tezzex.com  saytında  qeydiyyat zamanı dəqiq göstərmək öhdəliyini götürür. 

 

5. İcraçının vəzifələri. 

5.1. İcraçı Müştəriyə  www.tezzex.com  saytında Xidmətlərin təsvirinə, eləcə də hazırkı Razılaşmanın 1.1 maddəsində göstərilən tərifinə müvafiq olan Xidmətləri təqdim etmək öhdəliyini götürür, o şərtlə ki, 

Müştərinin sorğusu hazırkı müqavilə və qüvvədə olan TEZZEX MMC-yə məxsus anbarların yerləşdiyi müvafiq ölkələrin və Azərbaycan qanunvericiliklərinin nəzərdə tutduqları qaydalara, tələblərə və məhdudiyyətlərlə ziddiyyət təşkil etməmiş olsun. 

5.2. Müştəri haqqında məlumatların məxfiliyini qorumaq. Müştəri haqqında məlumatlar üçüncü şəxslərə yalnız Azərbaycan qanunvericiliyində nəzərdə tutulan hallarda təqdim edilə bilər. 

5.3. Müştəriyə onun sifarişinin statusu və yerləşdiyi yer haqqında məlumat əldə etmək imkanı vermək. 

 

6. Gömrük rəsmiləşdirməsi.

6.1.Müştəri tərəfindən sifariş etdiyi məhsulun www.tezzex.com  veb saytında bəyan edilməsi  (göndərənin adının, malın adının və onun invoive sənədinin təqdim edilməsi)  mütləqdir.  Müştəri gömrük rəsmiləşdirilməsi zamanı yük barədə tam və dolğun məlumatın verilməsinə və gömrük bəyannaməsinin düzgün doldurulmasına görə məsuliyyət daşıyır 

6.2. Azərbaycan  ərazisinə çatdırılmış malın  gömrük  rəsmiləşdirilməsi  prosedurasına  görə  məsuliyyəti müştəri daşıyır. 

6.3. Malın gömrük  rəsmiləşdirilməsinə qədər  Xidmət  haqqının  ödənilməsi  mütləq  şərtdir. 

6.4. Səlahiyyətli orqanların Müştəri tərəfindən hazırkı Razılaşmanın 6.1 maddəsində nəzərdə tutulmuş  tələblərini yerinə yetirməmək və ya qismən yerinə yetirməsinə görə (misal üçün, bağlamanın natamam və ya qeyri-dəqiq bəyan edilməsi, daşınması qadağan olan malların mövcud olması) heç bir məsuliyyət daşımır.  

6.5. Müştəri tərəfindən Azərbaycan ərazisinə gətirilməsi qadağan edilən malın gətirilməsi halında belə mal Azərbaycan Dövlət Gömrük orqanları  tərəfindən müsadirə edilə, müştərinin üzərinə isə inzibati-cinayət məsuliyyəti qoyula bilər. 

  

7. Daşıma haqqı, daşınma şərtləri və ödəniş.

7.1.   Müştərinin yüklərinin İcraçının müxtəlif ölkələrdəki anbarından Azərbaycan Respublikasına və regionlara (müvafiq regiona çatdırılma mümkün olduğu halda) çatdırılma haqqı  www.tezzex.com saytında yerləşdirilib. 

7.2.  Yükün çatdırılma haqqı  Müştərinin şəxsi kabineti vasitəsilə onlayn və ya ofisdə, nəğd şəkildə ödənilə bilər.  

7.3.  İATA-nın (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) dərc etdiyi TACT Rules (Yük Hava Daşıma Təlimatı) qaydalarına əsasən hansı çox olduğundan asılı olaraq daşıma haqqının hesablanması üçün əsas kimi yükün həcm ölçüləri və yaxud faktiki çəkisi götürülür.  

7.4.  Müştəri, İcraçının internet səhifəsində (www.tezzex.com internet səhifəsində “Daşınılmasına icazə yoxdur”) qeyd olunan daşınması qadağan edilmiş əşyaların siyahısı ilə tanış olmalıdır 

7.5.   Müştərinin sifarişləri, satıcı (və ya satıcılar) tərəfindən ayrı ayrı bağlamalarda (fərqli track/izləmə/ nömrələrlə) fərqli və ya eyni tarixdə anbara göndərilərsə, bağlamalar orijinal track/izləmə/ nömrələri ilə, ayrı ayrılıqda daşınmaya qəbul olunur və emal edilir.

7.6.  Müştəri hazırkı şərtləri qəbul etməknən  www.tezzex.com saytında dərc olunmuş aşağıdakı hesablama vasitələri (online kalkulyatorlar) ilə tanış olduğunu və tam anladığını (riyazi ölçmə, parametrlərin konvertasiyası, həcmin ölçülməsi və s) təsdiq edir:  • Qiymət və çatdırılmanın hesablanması kalkulyatoru  • Çəki və həcm formulası  • Ölçü konvertoru  • Ölçülər cədvəli  • Qabarit çəki hesablamalar  

7.7. Hazırkı şərtlərin 7.5-ci maddəsində nəzərdə tutulmuş şərtlərlə və hazırkı şərtlərlə qeydiyyat zamanı tanış olan və onları qəbul edən  Müştərinin, sonradan daşıma haqqı, şərtləri, ödəniş və s., digər sözlərlə -yükün ona çatdırılması ilə əlaqədar İcraçının hazırkı şərtlərə tam riayət etdiyi təqdirdə  Müştərinin ona qarşı olan hər hansı bir tələbi əsassız sayılır. Misalçün - daşıma haqqının həcm və yaxud faktiki çəki üzrə hesablanması qaydası ilə tanış olmamış,  Müştərinin sonradan yaranan tələbi əsassızdır və qəbul edilmir. 

7.8. İcraçı daşınma haqqı, şərtlər və ödəniş qaydalarına istənilən an dəyişikliklərin edilməsi hüququnu özündə saxlayır. Bu dəyişikliklər qəbul edilən andan dərhal sonra İcraçının rəsmi veb səhifəsində tanış olunması üçün dərc olunur.

7.9.   Müştəri anlayır və qəbul edirki daşıma üçün İcraçının müvafiq ölkədə yerləşdiyi anbarına daxil olan yükün Azərbaycan Respublikasına göndərilməsi məqsədilə emalı (yenidən qablaşdırılması, paletə yığılması, hava limanına göndərilməsi), adi qaydada Azərbaycan Respublikasında qəbul edilmiş daşıma müqaviləsi/şərtləri/prosedurlarından fərqlidir. Bu məqsədlə  Müştərinin nəzərinə yükün daşıma üçün göndərilməsinə dair qısa məlumat verilir:  Yüklər həftə ərzində İcraçının müvafiq ölkədə yerləşən anbarına daxil olur və orda daşıma üçün emal olunur (yenidən qablaşdırma, paletlərə yığılma, hava limanına göndərilmə) və müəyyən olunmuş günlər daşımaya göndərilir. İcraçının anbarının digər ölkədə yerləşməsini nəzərə alaraq, saat fərqini nəzərə alaraq, elektron əlaqə vasitələrində yarana bilən gecikmələri və dayanmaları, daşıma prosesinə cəlb olunmuş üçüncü şəxslər və şirkətlərin işinə Azərbaycan Respublikası ərazisindən İcraçı tərəfindən tam nəzarətin edilə bilməməsini nəzərə alaraq,  Müştərinin gec məlumat verməsini və digər obyektiv halları nəzərə alaraq,  Müştəri tərəfindən yükün daşımasından imtina etməsi tələbi (TEZZEX MMC-nin xidmətlərindən imtina etməsi) bəzi hallarda icrası mümkün olmaya bilər. Misalcun:  Müştəri yükün daşımasından imtina tələbini verdiyi zaman onun yükü artıq paletə yığılıb və daşıma üçün hava limanına göndərilib. Bu halda  Müştəri başa düşməlidir ki, onun yükün daşımasından imtinası səbəbindən, bütün göndərişi dayandıraraq paletləri yenidən sökübonun yükünü ayırmaq və geri qaytarmaq həm xərclər həmdə prosedur baxımından mümkünsüzdür. Lakin buna baxmayaraq, İcraçı  Müştərinin imtina tələbinə əsasən, onun yükünün daşıma üçün dayandırılması məqsədilə bütün mümkün, zəruri və ağlabatan tədbirləri görəcək.  

7.10.  Müştəri hazırkı şərtləri qəbul edən zaman tam olaraq anlayır və qəbul edirki, yükün daşımasından onun imtina tələbi İcraçı tərəfindən obyektiv səbəblərdən icra edilmədiyi halda,  Müştərinin İcraçıya heç bir iddiası və yaxud tələbi qəbul edilmir və əsassızdır.  

7.11.  Müştəri tərəfindən xidmətin ödənişi Azərbaycan Respublikasında şirkətin bank hesabının olduğu bankın (Beynəlxalq Bank ASC) ödəniş gününə olan məzənnəsi ilə İcraçı tərəfindən xidmətin göstərildiyi valyutaya əsasən (Avropa ölkələrindən daşınma-AVRO, digər ölkələr-ABŞ dolları) Azərbaycan Respublikası manatı (AZN) ilə aparılır. 

 

8. Yükün saxlanması və təhvil verilməsi ilə bağlı şərtlər.

8.1. İcraçının Bakı və ya regionda (olduğu təqdirdə) yerləşən anbarına daxil olan yüklər 30 (otuz gün) gün ərzində  Müştəri  tərəfindən təhvil alındığı təqdirdə həmin yüklərə anbar saxlama haqqı tətbiq etmir.  

8.2. Hazırkı şərtlərin 8.1-ci maddəsində nəzərdə tutulmuş müddət  Müştəri tərəfindən ötürüldüyü təqdirdə həmin yük təhvil alınan zaman (çəki və yer sayından asılı olmayaraq) hər əlavə gün üçün 0.50 qəpik miqdarında saxlama haqqı tutulur.  

8.3.  Müştərinin onun adına Bakı ofisinə daxil olmuş bağlamanın təhvil alınmasına dair İcraçı tərəfindən şifahi və yaxud yazılı (e-mail vasitəsilə) xəbərdarlıqların verilməsinin son həddi (yükün anbara daxil olduğu gündən) 6 (altı) ay müəyyən edilir. 6 (altı) aydan sonra şirkət məhsulun məhv edilməsi hüququna malikdir.  

8.4.  Müştərinin onun adına xarici anbara (ABŞ anbarı istisna olmaqla) daxil olmuş bağlamanın bəyannaməsinin doldurulmasına dair İcraçı tərəfindən şifahi və yaxud yazılı (e-mail vasitəsilə) xəbərdarlıqların verilməsinin son həddi (bağlamanın anbara daxil olduğu  gündən) 3 (üç) ay müəyyən edilir. 3 aydan sonra şirkət  məhsulun  məhv  edilməsi  hüququna  malikdir.  

8.4.1.  Müştərinin onun adına ABŞ anbarına daxil olmuş bağlamanın anbarda ödənişsiz saxlanılmasının son həddi 14 (on dörd) gün müəyyən edilir. Nəzərdə tutulmuş müddət  Müştəri tərəfindən ötürüldüyü təqdirdə anbarda saxlanıldığı hər əlavə gün üçün hər 1 (bir) bağlamaya görə 1ABŞ dolları miqdarında saxlama haqqı hesablanır.  

8.5.  Müştərinin onun adına müvafiq ölkədə yerləşən anbara daxil olmuş bağlamanın bəyannaməsinin doldurulmasına dair İcraçı tərəfindən şifahi və yaxud yazılı (e-mail vasitəsilə) xəbərdarlıqların verilməsinin son həddi (bağlamanın anbara daxil olduğu gündən) 30 (otuz) gün müəyyən edilir. 30(otuz) gündən sonra şirkət məhsulun məhv  edilməsi  hüququna  malikdir.  

8.6.  Müştəri tərəfindən hər hansı səbəbdən yükün təhvil alınmasından imtina, yalnız, onun, şirkətin rəsmi veb-səhifəsində yaratdığı şəxsi kabinet üzərindən (e-mail) daxil olan cavabdan sonra qəbul edilir.  

8.7. Hazırkı şərtlərin 8.3-cümaddəsində nəzərdə tutulmuş müddət ötdükdə və  Müştəri tərəfindən onun adına daxil olan yük qəbul edilmədikdə və ya həmin yükün aqibəti barədə heç bir rəsmi (şəxsi kabinet email vasitəsilə) göstəriş verilmədiyi və yaxud  Müştəri tərəfindən yükdən rəsmən imtina edildiyi halda (şəxsi kabinet emailvasitəsilə), həmin yükün məhv edilməsi və yaxud satışa çıxarılması barədə qərar İcraçının mülahizəsi əsasında həll edilir.  

8.8.  Müştərinin adına daxil olan yükün təhvili onun eyniləşdirilməsini mümkün edən sənəd əsasında həyata keçirilir.  Müştəri şəxsən onun adına daxil olan yükü təhvil ala bilmədiyi təqdirdə, yük  Müştərinin onu təhvil alınmasına dair verdiyi və etibarnamədə göstərilən şəxsə təhvil verilə bilər.  

8.9.  Müştəri bağlamanı təhvil alarkən bağlamanın tam və zədəsiz halda olduğunu yoxlamalı və yalnız buna əmin olduqdan sonra ödəniş edib bağlamanı təhvil almalıdır. Əks təqdirdə bağlamanın məhz daşınma zamanı  zədələndiyi  haqqında iddia qəbul edilmir.  

8.10.  Müştəri anlayır və qəbul edirki İcraçı beynəlxalq daşıma qaydalarına əsasən onun müvafiq ölkədə yerləşən anbarına  Müştərinin daxil olan yükün qablaşdırmasını, daşınma məqsədilə, yükü zədələməmək şərtilə, yenidən qablaşdırmaq hüququna malikdir - misalcun iri qabaritli qablamada olan kiçik ölçülü yükü ona uyğun olan kiçik qablamaya yerləşdirir.  

 

9. Baxışın keçirilməsi hüququ.

9.1.  Müştəri anlayır və qəbul edirki İcraçının və yaxud hər hansı səlahiyyətli dövlət qurumunun (gömrük və s.) istənilən anda yükü açmaq və ona baxışın keçirtməsi  hüququ vardır.

 

10. Yüklərin qorunmasına görə məsuliyyət.

 

10.1. İcraçı onun müvafiq ölkədə olan anbarına (həmin ölkənin kuryer və ya poçt vasitəsilə) zədələnmiş və yaxud  Müştərinin internet üzərindən sifariş etdiyi yükdən fərqli yük daxil olan hallara görə heç bir məsuliyyət daşımır. 

10.2. Göstərilən xidmət çərçivəsində Icraçı satıcı firmanın göndərdiyi məhsulun keyfiyyətinə, zədələnməsinə, tamlığına, tərkibinə, vaxtında çatdırılmasına görə məsuliyyət daşımır.

10.3. İcraçı hər hansı bir səbəbdən yanlış gələn məhsulun geri qaytarılmasına heç bir məsuliyyət daşımır. Bu hallarda Müştəri satıcı ilə əlaqə saxlayaraq problemin həllində özü iştirak etməlidir. 

 

11.Yükün sığortalanması, zədələnməsi və iddianın verilməsi.

11.1. Daşıma üçün qəbul edilən yüklər sığortalanmır.  

11.2. Müştərinin daşıma üçün İcraçıya təqdim etdiyi yük İcraçının məsuliyyəti çərcivəsində olduğu zaman sonuncunun qəsdən yol verdiyi hərəkətlər nəticəsində zədələnərsə və yaxud korlanarsa,  Müştəri zədə və yaxud korlanma faktına əsasən yükün tam invoys dəyərini və yaxud faktiki dəymiş ziyanı ödəyə bilər.Bağlamaİcraçının müvafiq ölkədə yerləşən anbarlardan hansısa birinə qəbul edilib, lakin, nəzərdə tutulmuş reyslə gəlmədiyi təqdirdə (bağlama itib yaxud onun  barədə heç bir məlumat yoxdur), həmin bağlamanın İcraçı tərəfindən axtarışına  30 (otuz) iş günü vaxt ayrılır. Bağlamanın bu müddət ərzindətapılmadığı təqdirdə  Müştəriyə kompensasiya ödənilir. Kompensasiya o şərtlə ödənilir ki,  Müştəri yükün ona məxsus olduğunu və onun müvafiq qiymətə internet üzərindən aldığını sübut edən bütün məlumatları təqdim etsin.   Bura aiddir:  • İnternet mağazanın təqdim etdiyi order, invoys (burada yükün/əşyanın şəkli,  

miqdarı, qiyməti, bağlamanın track nömrəsi və s. məlumatlar öz əksini tapır) Bank hesabından çıxarış  ( ödənişin təsdiqini sübut edən bildiriş ) İcraçı bağlamanınonun müvafiq ölkədə yerləşən anbarına qəbul edilmədiyini,  Müştəri isə kuryer şirkətlərinin saytına əsasən bu track nömrəli bağlamanın məhz bu ünvana çatdırıldığını israr edirsə, bu halda  Müştəri kuryer şirkətinin sözügedən bağlamanın İcraçıya təhvil verdiyini sübut edən sənəd təqdim etməlidir. Yalnız təqdim olunan bu sənəd əsasında yükün həqiqətən İcraçıya təhvil verildiyi sübut olunduqdan sonra (qəbul edən şəxsin imzası əsasında),  Müştəriyə kompensasiya verilir. Bunun üçün  Müştəri qeyd olunan sənədləri təqdim etməlidir:  • Mağazanın təqdim etdiyi order, invoys (burada əşyanın şəkli, miqdarı, qiyməti, bağlamanın track nömrəsi və s. məlumatlar öz əksini tapır) •  Bank hesabından çıxarış (ödənişin təsdiqini sübut edən bildiriş) •  Bağlamanın İcraçının anbarına qəbul edildiyini sübut edən imzalı sənəd.

11.3 Müştəri yükü İcraçının anbarında təhvil alarkən onu həmin ərazini tərk etmədən yoxlamalı və hər hansı bir zədə və ya çatışmamazlıq olduğu təqdirdə dərhal yerindəcə bu haqda İcraçını məlumatlandırmalıdır. Ofisi/anbarı tərk edəndən sonra yükün tərkibində hər hansı  bir  əşyanın çatışmadığı və ya  zədələndiyi  iddiası  qəbul  edilmir.  

 

12. Fors Major.

12.1. Tərəflər fors-major səbələrinə görə hazırkı şərtlər üzrə götürülmüş öhdəlikləri vaxtında, tam və lazımınca icra edə bilmədikdə, həmin öhdəliyin icrası vəzifəsindən və bununla bağlı məsuliyyətdən müvafiq nisbətdə azad edilirlər. Bu maddədə “forsmajor” termininin işlədilməsi təbii fəlakətlər, epidemiya, partlayışlar, yanğınlar, zəlzələ, qasırğa, sunami, tufan, müharibə, vətəndaş müharibəsi, xarici dövlətlər tərəfindən hərbi müdaxilə, inqilablar, vətəndaş ixtişaşları və s. analoji səbəblər hökumətin və digər səlahiyyətli orqanların qanuni sərəncamları, həmçinin də ölkənin ərazisindən kənar gözlənilməz və həlli hökumət  (və ya tərəflər)  tərəfindən qeyri mümkün ola bilən səbəbləri özündə cəmləşdirir.  

12.2. Yuxarıda göstərilmiş səbəblərin və zamanının hüquqi cəhətcə təsdiqi səlahiyyətli orqanlar tərəfindən verilmiş arayışlar əsasında müəyyən olunur.  

12.3. Fors major hadisələri baş verdikdə müqavilənin şərtlərində göstərilən hüquq və vəzifələrin icrası vaxtı adı çəkilən hadisələrin müddəti dövrü qədər uzadılır.  

12.4. Tərəflər bir-birini hazırkı şərtlərin yerinə yetirilməsini gecikdirən fors major səbəbinin başlanması və bitməsi məlumatını tez bir zamanda elektron poçt, teleqraf, teleks və ya telefaks iləməlumatlandırmalıdır.  

12.5. Tərəflər fors major hadisəsi baş verdiyi halda hər hansı maddi və ya mənəvi zərərin qarşısını almağa çalışmalıdır.  

 

13. Digər hallar.

13.1. Hazırkı şərtlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi   əsasında tənzimlənir.  

13.2. Tərəflər arasında yaranan hər hansı anlaşılmazlıq və ya mübahisə qarşılıqlı anlaşma və razılıq əsasında həll olunur.  

13.3. Tərəflər qarşılıqlı anlaşma və ya razılaşma əldə edə bilmədikləri halda Azərbaycan Respublikasının müvafiq məhkəməsinə müraciət edə bilərlər.


14. "Sifariş et" xidməti.

“Sifariş et” xidməti adı altında müştərilərin internet səhifələrindən almaq istədikləri məhsulların alınmasına vasitəçi olmaqla xidmət göstərilir. Yalnız bu xidmət üçün əlavə 5% (bank komisiyası, nəğdləşdirmə, xidmət haqqı) ödəniş tətbiq edilir. Əlavə olaraq çatdırılma ödənişi hər bir bağlamanın çəkisinə görə hesablanır.

Müştəri qəbul edir ki, hər hansı bir səbəbdən "Sifariş Et" balansında qalan məbləği kassa üzərindən nəğdləşdirildiyi zaman 5% Bank xərcləri saxlanılmaqla həyata keçirilir.

Göstərilən xidmət çərçivəsində satıcı firmanın göndərdiyi məhsulun keyfiyyətinə, tamlığına, tərkibinə, ölçü və formasına, satış anbarında tükənməsinə, vaxtında çatdırılmasına görə məsuliyyət daşımır. Hər hansı bir səbəbdən yanlış gələn məhsulun geri qaytarılmasına heç bir məsuliyyət daşımırıq. Bu xarakterli hallarda məsləhətçi olaraq qeyd edə bilərik ki, Müştəri satıcı ilə əlaqə saxlayaraq problemin həllində özü iştirak etməlidir. ”Tezzex” sifarişləri növbəlilik əsasında həyata keçirir və hər gün 24 saat ərzində sifarişlərin yerləşdirməsinə zəmanət verir. Bununla belə sifariş prosesində hər hansı problem yarandıqda (məhsulun bitməsi, sifariş olunan ölçünün və ya rəngin bitməsi, kampaniyanın başa çatması, ödəmə problemi və s.) istifadəçinin ödədiyi məbləğ istifadəçinin istəyi əsasında balansına geri qaytarıla bilər.

İstifadəçi hesabında olan məbləği istənilən digər məhsulların alınmasına xərcləyə bilər və ya hesabına geri qaytarılmasını tələb edə bilər.

“Sifariş et” xidməti çərçivəsində sifariş edilən məhsul(lar)un və Türkiyə daxili karqonun ödənişi tam olaraq həyata keçirilməlidir. Sifarişin icrası tələb olunan ödənişlər tam həyata keçirildikdən sonra yerinə yetirilir.

Sifarişlərin yerinə yetirilməsi eyni anda həyata keçirilməsinə baxmayaraq məhsullar satıcı tərəfindən ayrı-ayrı bağlamalarda və fərqli ardıcıllıqla göndərilə bilər və buna görə ”Tezzex” olaraq heç bir məsuliyyət daşımırıq.


 

Copyright © 2020 tezzex.az

  • Necə işləyir?
  • Haqqımızda
  • Tariflər
  • Xidmətlər
  • Mağazalar
  • Əlaqə
  • Qadağan olunmuş məhsullar
  • İstifadəçi razılaşması
  • Məxfilik siyasəti
  • Bloglar
(+99455) 208 3223 / 206 3223
[email protected]
Bəyənnamə əlavə edin
İzləmə
Vaxt Qiymət Cədvəli Status
Login
Şifrəni unutmusan? Qeydiyyat
Şifrənin bərpa olunması
Hörmətli müştəri!
Təəssüf hissi ilə bildirmək istəyirik ki, Tezzex müvəqqəti olaraq fəaliyyətini dayandırır. Yeni layihələr və texniki yeniliklərin tətbiqi ilə əlaqədar olaraq bir neçə ay sizlərə xidmət göstərə bilməyəcəyimiz üçün məyusluq hissi keçirir, lakin ən qısa zamanda yenidən sizlərə daha keyfiyyətli xidmət göstərə bilmək üçün əlimizdən gələni edəcəyik. Bağlamalar və reyslərlə bağlı vacib məqamları diqqətinizə çatdırmaq istəyirik: - Hər bir müştəriyə şirkətimizin müvəqqəti olaraq fəaliyyətini dayandırmasıyla bağlı qısa SMS bildirişi göndərilmişdir (daha ətraflı bu məktubda məlumat ala biləcəksiniz). - Türkiyədən olan növbəti* və həmçinin son uçuş reysi 20.01.2023 tarixində nəzərdə tutulub (bu tarixədək Türkiyədən heç bir reys olmayacaq). Bu tarixə qədər Smart Customs-da (və ya e.customs.gov.az saytında) bəyan olunmamış heç bir bağlamaya görə məsuliyyət daşımayacağımızı öncədən bildirmək və bunları nəzərə almağınızı istəyirik. Əlavə olaraq həmişəki kimi, qeyd olunan tarixədək bəyan olunan bütün bağlamalar növbəti həftə içi ərzində Bakıda olacaqlar. - Yuxarıda qeyd olunanları nəzərə alaraq müştərilərimizə bu gündən etibarən Türkiyə anbarımıza sifariş verməməyi məsləhət görürük. Adətən satıcılar təxmini çatdırılma vaxtı bildirsələr də bağlamalar qeyd olunduğu tarixdən daha gec çatdırıla bilir. - Sizlərə çatdırılma adresi olaraq Tezzex-in xarici anbar məlumatlarını qeyd etdiyiniz bütün saytlardan həmin adresi silməyinizi məsləhət görürük (yanlışlıqla sifariş vermə ehtimalını aradan qaldırmaq üçün). * 21.01.2023 tarixinədək heç bir reysə təhvil verilmə olmayacağını, bu tarixin həm növbəti həm də son reys tarixi olacağı barədə bir daha sizlərə xatırlatma etmək istəyirik.