+994552063223 Tez-tez verilən suallar
  • Necə işləyir?
  • Haqqımızda
  • Tariflər
  • Xidmətlər
  • Mağazalar
  • Əlaqə
  • Bloglar
  • Tez-tez verilən suallar
  • İstifadəçi razılaşması
  • Qadağan olunmuş məhsullar
  • Təhlükəsizlik qaydaları

Tez-tez verilən suallar

Poçt xidməti olmaqla, hal hazırda hələlik ABŞ və Türkiyədən müştərilərin e-ticarət səhifələrindən sifariş etdikləri bağlamaların/yüklərin Azərbaycana çatdırılmasını həyata keçirir.

Bunları etmək üçün 3 sadə addımı yerinə yetirmək lazımdır:

ADDIM 1

Sizə aid olan məlumatları daxil etməklə www.tezzex.az da qeydiyyatdan keçin, və Sizə məxsus fərdi poçt “qutu”su əldə edin.

ADDIM 2

E-ticarətlə məşğul olan mağazalardan alış-veriş etdikdən sonra çatdırılma ünvanı olaraq səhifəmizdə qeyd edilən ünvanı göstərin.

ADDIM 3

Sifarişiniz tamamlandıqdan sonra bağlamanız bizə aid olan anbarımıza təslim edildikdən sonra Türkiyədən 4-5 iş gün, ABŞ-dan 7-10 iş günü ərzində Azərbaycanda çatdırılır ki, bundan sonra bağlamanızı təhvil ala bilirsiniz.



Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən (Nazirlər Kabinetinin qəbul etdiyi 305 №-li qərarın 2.1.4-cü bəndini rəhbər tutaraq), fiziki şəxslər 30 gün müddətində dəyəri 300 ABŞ dolları ekvivalentindən artıq olmayan yük ölkəyə idxal edə bilər.

Fiziki dəyər 300 ABŞ dollarından çox olduqda qanunvericiliyə uyğun olaraq gömrük rüsumu ödənilir.

300 ABŞ dolları limitinə əşyanın öz dəyəri və saxlanılan bağlamanın daşınma haqqı daxildir.

Limiti keçmiş hesab sahiblərinin bağlamaları səlahiyyətli orqan olan gömrük orqanı tərəfindən saxlanılır.

Bağlamanın BCT-də saxlanılması zamanı ilk gün 12 AZN, sonrakı hər gün üçün 2 AZN (1 avro) saxlanc haqqı hesablanır.

Bağlamanın çatdırılma haqqı çəkiyə görə hesablanır. Ölçüsü 1 metrdən böyük olan bağlamaların çatdırılma haqqı həcmi çəkiyə görə hesablanır. Həcmi çəkinin hesablanması üçün en * hündürlük * uzunluq / 6000 standartı tətbiq edilir.

Azərbaycan Respublikasına fiziki şəxslər tərəfindən gətirilməsi və beynəlxalq poçt göndərişləri vasitəsilə alınması qadağan olunmuş mallar.


 

1. Azərbaycan Respublikasına  fiziki şəxslər tərəfindəngətirilməsi və beynəlxalq poçt göndərişləri vasitəsi ilə alınması qadağan olunmuş mallar:

http://customs.gov.az/az/ferdler-ucun/poct-gonderisleri/ 

2. Hər növ batareya və power bank
3. Litium batareyalı texnika
4. Parfum (ətir)
5. Mobil telefonlar
6. Qadağan olunan xüsusi avadanlıqlar (gizli kamera, gizli səsyazma, ratsiya, dron və digər casus avadanlıqları)
7. Qida, spirtli içkilər, tütün və tütün məmulatları, elektron siqaretlər, tez xarab olan, xüsusi saxlama tələb edən 
    məhsullar.
8. Narkotik və psixotrop maddələr, onlardan istifadə üçünləvazimatlar
9. Zinət əşyaları, qiymətli qaşlar və metallar
10. Türkiyədən  hər növ maye məhsullarının daşınılması həyatakeçirilir. Amerikadan isə təzyiq altında olan məhsullar (aerozol tipli məhsullar; spreylər, boyalar, hava yastığı, quru şampun və s.)  - tərkibində tezalışan və partlayıcı maddələrin olduğu  məhsulların daşınılması mümkün deyil.
11. İntim xarakterli əşyalar
12. Hava nəqliyyatı ilə daşınılması qadağan olunan əşyalar

 


Dövlət Gömrük Komitəsinin  "Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət" layihəsinin təqdimatından sonra Komitənin sosial şəbəkələrdəki rəsmi səhifələrinə ən çox ünvanlanan sualları cavablandıraraq izləyicilərimizin diqqətinə çatdırırıq.

1. Ünvana çatdırılma ödənişsiz olacaq və necə həyata keçiriləcək?  

Sifariş etdiyiniz məhsulun ünvana çatdırılması sifariş edənlə daşıyıcı şirkət arasında münasibətlərlə tənzimlənir.

2. 300 dollar limitini keçməsək yenə də bəyannamə verməliyik?  

Hər bir halda sifariş etdiyiniz məhsul bu tətbiq vasitəsilə bəyan olunmalıdır. 

3. Daşıyıcı şirkət fiziki şəxsin əvəzinə onun sifariş etdiyi mallar üçün bəyannamə verə bilərmi?

“Smart Customs” mobil tətbiqində sifariş edən fiziki şəxs yalnız özü sadələşdirilmiş bəyannaməni təqdim etməlidir.

4. “Smart Customs” proqramında bəyan etməklə daşıyıcı şirkət vasitəsilə telefon gətirmək  olarmı? 

300 dollar limit çərçivəsində istənilən məhsulu sifariş edə bilərsiniz. Limiti keçdiyiniz təqdirdə gətirdiyiniz məhsul gömrük ödənişlərinə cəlb olunacaq. 

5. "Smart Customs" Proqramına girmək üçün mütləq Asan İmza olmalıdırmı?

Azərbaycan vətəndaşları üçün proqrama daxil olmaq  Asan İmza və Elektron İmza ilə yanaşı, «Fərdi identifikasiya nömrəsi» (FİN) ilə də mümkündür. Qeydiyyat zamanı təyin edəcəyiniz şifrənin böyük və kiçik hərflərlə yanaşı, rəqəmdən ibarət olmasına da diqqət edin.

6. “Smart Customs” proqramı ilə 2 ədəddən artıq, amma 300 dollar limitini keçmədən sifariş verdikdə gömrük rüsumu ödəmək lazımdır?  

Malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Vətəndaş şəxsi istifadəsi və istehlakı məqsədləri üçün  2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. Fiziki şəxs tərəfindən gömrük sərhədindən keçirilən eyni və (və ya) eynicinsli malların miqdarı 2-dən çox olduqda, güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçiriləcək malların 2-dən çox olan miqdarı gömrük orqanları tərəfindən müəyyən edilir və müəyyən edilmiş miqdardan artıq keçirilən eyni və (və ya) eynicinsli mallara görə gömrük ödənişləri ödənilir.

 7. “Smart Customs” proqramında səhvən bəyannamə verdim və limitim doldu, bunu necə ləğv edə bilərəm?

Bildiririk ki, “Smart Customs” proqram təminatının tezliklə yenilənməsi nəzərdə tutulur.  Yenilənəcək proqram təminatında qeyd olunan məsələ öz həllini tapacaq.

8. ASAN imza olmadan “Smart Customs” proqramında  qeydiyyatdan keçmək olarmı? Hansı səbəbdən FİN kodla qeydiyyatdan keçmək olmur?

“Smart Customs” proqram təminatından istifadə «ASAN login» sisteminə daxil olmaqla yalnız «ASAN imza», «Elektron-imza» və ya «Fərdi identifikasiya nömrəsi» (FİN) vasitələri ilə mümkündür. Autentifikasiya vasitələrindən müvafiq olaraq biri seçilməlidir. 

Qeyd: Şəxsiyyət vəsiqənizin vaxtı bitdiyi halda, mobil nömrə sizin adınıza olmadığı halda «ASAN login» sistemində qeydiyyatdan keçmək mümkün olmayacaq. Proqram təminatına daxil olduqda şifrənizi daxil etdikdən sonra “Mən robot deyiləm” xanası işarələnməlidir. 

 9. Telefon nömrəsi mənim adıma deyilsə, amma bağlama mənim adıma olacaqsa, bəyannamə necə veriləcək?   

“Smart Customs”  proqram təminatına daxil olmaq üçün “ASAN login” sistemində qeydiyyatdan keçməlisiniz. Telefon nömrəniz öz adınıza olmalıdır, əks halda «ASAN login» sistemində qeydiyyatdan keçə bilməyəcəksiniz. 

10. Gətirəcəyim məhsulun aid olduğu kateqoriya sizin siyahıda yoxdur, bu halda nə etməliyəm? 

Bildiririk ki, ölkə ərazisinə gətirilən mal kateqoriyaları tərəfimizdən analiz olunur və siyahıya yeni mallar əlavə olunacaq. Malların siyahısı mütəmadi olaraq yenilənir.  

11. “Smart Customs” proqramında  elektron xidmət haqqı hansı hallarda verilir?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli 168 nömrəli qərarına əsasən bütün növ gömrük bəyannamələri üçün elektron gömrük xidmətinin göstərilməsinə görə gömrük yığımı tutulur.

Bağlama satıcı-mağaza tərəfindən alıcının qeyd etdiyi ünvana çatdırılması üçün ölkə daxili kuryerlərə verilir. Kuryer xidməti öz növbəsində bağlamaya izləmə nömrəsi (tracking number) təyin edir.

Trek nömrə bağlamanın kuryerin anbarından təyinat məntəqəsinə çatdırılanadək mövqeyini izləməyə imkan yaradır.

Traking nömrə hər bağlama üçün ayrı-ayrılıqda verilir, fərqli olur və təkrarlanmır.

Bağlama anbara çatdırılanadək yükün mövqeyini daxili kuryer xidmətinin səhifəsində izləmək mümkündür.

Nəzərinizə çatdırırıq ki, mağazalar və xarici poçt xidmətləri adətən bağlamanın təqribi çəkisini qeyd edir.
Bağlama Tezzexin xaricdə yerləşən anbarlarına daxil olduqda isə çəkisi elektron tərəzidə yoxlanılır və dəqiq çəki qeyd edilir.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) qaydalarına əsasən Hava Nəqliyyatı ilə daşınılan yüklərin

həm həcm həmdə fiziki çəkisi hesablanmalıdır və alınan göstəricilərdən böyük olanı daşınma haqqının hesablanması üçün əsas çəki kimi qəbul edilməlidir.

Fiziki çəki – Bağlamanın qablaşdırılmış vəziyyətdə tərəzidə görünən çəkisidir;

Həcm çəkisi – Bağlamanın ölçüləri əsasında hesablanan çəkidir.

Həcm çəkisinin Beynəlxalq Hesablama Qaydalarına uyğun olaraq hesablanma formulu aşağıdakı kimidir:

(En x Uzunluq x Hündürlük)/6000 = Həcm çəkisi (kg)



Müştəri sifariş etdiyi bağlama xarici anbara çatdırılana qədər yük haqqında olan məlumata Bəyənnamə deyilir ki, bu yük haqqında məlumatı anbara daxil olmadan əvvəl səhifəmizdə olan şəxsi hesabınıza daxil olmaqla BƏYAN ET bölməsindən əlavə edilir.

Bəyənnamədə göstərilən məlumatlar aşağıdakı kimidir:

  • Tracking ( izləmə) nömrəsi;
  • Məhsul alınan mağaza adı;
  • Sifariş edilmiş məhsulun kategoriyası;
  • Məhsulun miqdarı;
  • Satıcı tərəfindən təqdim edilən “invoce” sənədi əlavə edilir.

Azərbaycan Respublikasının Gömrük qanununa əsasən bağlamaların hər biri hava limanına çatdıqdan sonra gömrük yoxlamasından keçir.

Mümkün gecikmələrin önlənməsi üçün müştəri ona aid olanşəxsi hesabına daxil olaraq, bağlama haqqında məlumatı əvvəlcədən bəyan etməlidir.

Xüsusi istisna halları:

Bu və ya digər səbəbdən müştərinin bağlamasını trek(izləmə) nömrəsi təyin edilmədən də göndərilir. Bu istisna yalnız sifarişçinin bağlaması anbara təslim edildikdən sonra bəyannamə doldurulmaqla həyata keçirilir.

Bəyan edilən məhsula aid məlumatların doğruluöu bağlamanın vaxtında çatdırılmasının əsas şərtidir.

Copyright © 2020 tezzex.az

  • Necə işləyir?
  • Haqqımızda
  • Tariflər
  • Xidmətlər
  • Mağazalar
  • Əlaqə
  • Qadağan olunmuş məhsullar
  • İstifadəçi razılaşması
  • Məxfilik siyasəti
  • Bloglar
(+99455) 208 3223 / 206 3223
info@tezzex.com
Bəyənnamə əlavə edin
İzləmə
Vaxt Qiymət Cədvəli Status
Login
Şifrəni unutmusan? Qeydiyyat
Şifrənin bərpa olunması
Hörmətli müştəri!
Təəssüf hissi ilə bildirmək istəyirik ki, Tezzex müvəqqəti olaraq fəaliyyətini dayandırır. Yeni layihələr və texniki yeniliklərin tətbiqi ilə əlaqədar olaraq bir neçə ay sizlərə xidmət göstərə bilməyəcəyimiz üçün məyusluq hissi keçirir, lakin ən qısa zamanda yenidən sizlərə daha keyfiyyətli xidmət göstərə bilmək üçün əlimizdən gələni edəcəyik. Bağlamalar və reyslərlə bağlı vacib məqamları diqqətinizə çatdırmaq istəyirik: - Hər bir müştəriyə şirkətimizin müvəqqəti olaraq fəaliyyətini dayandırmasıyla bağlı qısa SMS bildirişi göndərilmişdir (daha ətraflı bu məktubda məlumat ala biləcəksiniz). - Türkiyədən olan növbəti* və həmçinin son uçuş reysi 20.01.2023 tarixində nəzərdə tutulub (bu tarixədək Türkiyədən heç bir reys olmayacaq). Bu tarixə qədər Smart Customs-da (və ya e.customs.gov.az saytında) bəyan olunmamış heç bir bağlamaya görə məsuliyyət daşımayacağımızı öncədən bildirmək və bunları nəzərə almağınızı istəyirik. Əlavə olaraq həmişəki kimi, qeyd olunan tarixədək bəyan olunan bütün bağlamalar növbəti həftə içi ərzində Bakıda olacaqlar. - Yuxarıda qeyd olunanları nəzərə alaraq müştərilərimizə bu gündən etibarən Türkiyə anbarımıza sifariş verməməyi məsləhət görürük. Adətən satıcılar təxmini çatdırılma vaxtı bildirsələr də bağlamalar qeyd olunduğu tarixdən daha gec çatdırıla bilir. - Sizlərə çatdırılma adresi olaraq Tezzex-in xarici anbar məlumatlarını qeyd etdiyiniz bütün saytlardan həmin adresi silməyinizi məsləhət görürük (yanlışlıqla sifariş vermə ehtimalını aradan qaldırmaq üçün). * 21.01.2023 tarixinədək heç bir reysə təhvil verilmə olmayacağını, bu tarixin həm növbəti həm də son reys tarixi olacağı barədə bir daha sizlərə xatırlatma etmək istəyirik.