Təəssüf hissi ilə bildirmək istəyirik ki, Tezzex müvəqqəti olaraq fəaliyyətini dayandırır. Yeni
layihələr və texniki yeniliklərin tətbiqi ilə əlaqədar olaraq bir neçə ay sizlərə xidmət göstərə
bilməyəcəyimiz üçün məyusluq hissi keçirir, lakin ən qısa zamanda yenidən sizlərə daha
keyfiyyətli xidmət göstərə bilmək üçün əlimizdən gələni edəcəyik.
Bağlamalar və reyslərlə bağlı vacib məqamları diqqətinizə çatdırmaq istəyirik:
- Hər bir müştəriyə şirkətimizin müvəqqəti olaraq fəaliyyətini dayandırmasıyla bağlı qısa SMS
bildirişi göndərilmişdir (daha ətraflı bu məktubda məlumat ala biləcəksiniz).
- Türkiyədən olan növbəti* və həmçinin son uçuş reysi 20.01.2023 tarixində nəzərdə tutulub (bu
tarixədək Türkiyədən heç bir reys olmayacaq). Bu tarixə qədər Smart Customs-da (və ya
e.customs.gov.az saytında) bəyan olunmamış heç bir bağlamaya görə məsuliyyət daşımayacağımızı
öncədən bildirmək və bunları nəzərə almağınızı istəyirik. Əlavə olaraq həmişəki kimi, qeyd
olunan tarixədək bəyan olunan bütün bağlamalar növbəti həftə içi ərzində Bakıda olacaqlar.
- Yuxarıda qeyd olunanları nəzərə alaraq müştərilərimizə bu gündən etibarən Türkiyə anbarımıza
sifariş verməməyi məsləhət görürük. Adətən satıcılar təxmini çatdırılma vaxtı bildirsələr də
bağlamalar qeyd olunduğu tarixdən daha gec çatdırıla bilir.
- Sizlərə çatdırılma adresi olaraq Tezzex-in xarici anbar məlumatlarını qeyd etdiyiniz bütün
saytlardan həmin adresi silməyinizi məsləhət görürük (yanlışlıqla sifariş vermə ehtimalını
aradan qaldırmaq üçün).
* 21.01.2023 tarixinədək heç bir reysə təhvil verilmə olmayacağını, bu tarixin həm növbəti həm
də son reys tarixi olacağı barədə bir daha sizlərə xatırlatma etmək istəyirik.