Artıq
illərdir hər birimiz onlayn alış-verişdən yararlanırıq. Bu, həm büdcəmizə, həm
də zamana qənaət etməyə imkan verir. Xaricdən ən çox alış-veriş edilən ölkələrdən
əsası Türkiyədir. Çünki buradan ölkəmizdə olan bir çox brendi daha ucuz qiymətə
əldə edirik. Bununla yanaşı oflayn alış verişdən fərqli olaraq hər hansı məhsulu
tapmaq üçün saatlarla vaxt keçirmək məcburiyyətində qalmadan oturduğumuz yerdən
bəyəndiyimiz geyim və ya hər hansı əşyanı sifariş verərək tam qapıya təhvil
alırıq. İnsanlar onlayn alış-verişin rahatlığını gördükcə daşınma şirkətlərinə
müraciət edərək məhsullarını birbaşa xaricdən sifariş verir. Bu zaman əsas məsələ
çatdırılma şirkətini doğru seçərək bağlamanı həm sürətli, həm də qısa zamanda əldə
etməkdir.
Yayın gəlişi ilə onlayn alış-verişdən daha çox
istifadə olunmağa başlayır. Türkiyənin bir çox onlayn sifariş veb saytlarından istifadə
aktuallaşır. Yay sezonunun rəngarəng geyimlərini Türkiyənin Trendyol, LCwaikiki, Koton, H&M, Mavi, Zara, Mango kimi məşhur brendlərindən sifariş verə bilərsiniz.
Bu veb saytları daimi izləməklə endirimlərindən yararlanaraq sərfəli alış veriş
üçün tək etməli olduğunuz şey bəyəndiyiniz məhsulun linkini Tezzex.az saytında
qeydiyyatdan keçərək “sifariş et” bölməsindəki xanaları doldurmaqdır. Bununla
siz heç bir vaxt sərf etmədən bizim sürətli çatdırılma xidmətimizdən yararlanmış
olacaqsınız.
Geyimdən
əlavə həmçinin maye məhsul sifarişi Türkiyədən sifarişlə çatdırılma daha sərfəlidir.
Maye məhsullar sırasına daxil olan makyaj məhsulları, parfümlər və baxım məhsulları
Watsons, Gratis, Hepsiburada, Trendyol vebsaytlarından sifariş edə bilərsiniz. Xanımların
sevərək istifadə etdiyi Loreal, Garnier, Maybelline, Flormar, NYX markaları ölkəmizdə
daha baha qiymətə satılsa da, eyni markaların endirimli qiymətlərini həm
markaların öz veb saytlarından, həm də bütün markaları özündə toplayan
Trendyol, Hepsiburada kimi saytlardan sifariş verərək daha sərfəli sifariş
verin.